SON XƏBƏRLƏR

İran mediası Azərbaycanı kiberhücumlarla hədələdi

2022.07.04, 06:56
İran mediası Azərbaycanı kiberhücumlarla hədələdi

Gunaz.tv

“Sionistlərin Azərbaycan Respublikası ərazisində kiber fəaliyyətinin genişlənməsi təkcə sionist rejimin deyil, həm də Azərbaycanın müəyyən infrastrukturlarının da kiber və haker hücumlarının hədəfinə çevrilməsinə səbəb olacaq.

Ona görə də Azərbaycan bu bitmiş rejimə aldanmamalıdır"-deyə, "Keyhan" qəzeti Azərbaycanı hədələyib.

Qəzet son günlər Azərbaycan və İsrail arasında kiber təhlükəsizliyi ilə bağlanan müqaviləyə toxunaraq, bunun Azərbaycanın ziyanına olacağını yazıb.

Bununla yanaşı İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) bağlı media qurumları və sosial şəbəkələr oxşar məsələ ilə bağlı çox sayda yazılar yayıblar.

SEPAH orqanları çox vaxt olduğu kimi Azərbaycan Respublikasının adını təhrif edərək "Bakı dövləti" yazıb və Azərbaycan-İsrail arasında bağlanan son müqavilələri "sionistlərin Azərbaycanda yerləşmələrinə şərait yaratmaq" kimi dəyərləndiriblər.

Bununla yanaşı Azərbaycan Respublikasında İsrail qüvvələrinin, vəhabi silahlılarının və Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) olması barədə İran rəsmilərinin iddiaları təkrar edilir.

Qeyd edək ki, “Keyhan”ın məsulu radikal mövqeyi ilə tanınan Hüseyn Şəriətmədari birbaşa Seyid Əli Xameneyinin göstərişi ilə bu vəzifəyə təyin olunub.

Burada gedən yazılar İranın ali rəhbəri Əli Xameneyinin başçılıq etdiyi mühafizəkar qanadın, SEPAH-ın və ETTELAAT-ın mövqelərini əks etdirir.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar