SON XƏBƏRLƏR

İran mediasında Azərbaycan Respublikası işğalçılıqda ittiham edilib

2022.10.08, 07:04
İran mediasında Azərbaycan Respublikası işğalçılıqda ittiham edilib

Gunaz.tv

Məqalədə Qərb ölkələrinin Rusiyanı bölgədə sabitliyin pozulmasında günahlandırılmasının yanlış olduğu vurğulanır.

Bunun səbəbkarının Azərbaycan Respublikası olduğu qeyd olunur.

"Qərb liderləri bilməlidirlər ki, İrəvanda demokratiya üçün təhlükə Kreml deyil, təhlükə Bakının savaşcıl ekspansionizmidir",- deyə, İranın media orqanında yazılıb.

Yazıda Azərbaycan Respublikasını cəzalandırılmadığına görə Qərb ölkələri tənqid edilib.

"Bakının Ermənistan sərhədləri daxilində, o cümlədən paytaxt İrəvandan 42 kilometr aralıda yerləşən Martuni şəhəri daxilində dinc sakinlərə qarşı əsassız hücumu bir çox cəhətdən Bakının cəzasız qalmasının birbaşa nəticəsidir",- deyə, "Vestanews" yazıb.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar