SON XƏBƏRLƏR

İran mediasından sərsəm iddia: "Azərbaycan Qarabağın demoqrafik tərkibini dəyişdirməyə çalışır"

2022.07.21, 08:23
İran mediasından sərsəm iddia: "Azərbaycan Qarabağın demoqrafik tərkibini dəyişdirməyə çalışır"

Gunaz.tv

SEPAH və panfarsist çevrələrin nəzarətində olan mediada Qarabağın işğaldan azad edilməsi "Qarabağın Azərbaycan tərəfindən fəth edilməsi" kimi təhrif edilib.

"Bakı öz vətəndaşlarını 2020-ci il müharibəsində fəth etdiyi ərazilərə köçürmək siyasətinə başlayıb. Bu müharibədə Cəbrayıl, Şuşi, Ağdam kimi böyük şəhərləri fəth edə bilən Bakı bu yeni siyasətinə “Böyük Qayıdış” adını verib"-deyə, "azəriha" yazıb.

Qeyd edək ki, İranın adı çəkilən media qurumları çox zaman Azərbaycan Respublikası və Azərbaycan şəhərlərinin adını təhrif edilmiş formada verirlər.

Yuxarıda verilən məlumatda da Şuşa şəhərinin adı köhnə İran mətnlərinə uyun şəkildə təhrif edilərək "Şuşi" kimi göstərilib.

Bundan bir müddət öncə Şuşa adının təhrif edilməsi ilə bağlı Azərbaycan Respublikasının Tehrandakı səfiri Əli Əlizadə narazılığını bildirib, Tehran rəsmilərinə müraciət etmişdi. 

Xatırladaq ki, adı çəkilən media orqanı dövlət qurumları və panfarsist dairələrin nəzarəti altındadır və onların baxışlarını əks etdirir.

Bu və oxşar bir neçə media orqanı Qarabağın işğaldan azad edilməsi əməliyyatlarının aparıldığı zaman davamlı olaraq Azərbaycana qarşı təxribat xarajterli məlumatlar yayır və erməni tərəfinin mövqeyini əks etdirirdi.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar