SON XƏBƏRLƏR

Tehrandan Azərbaycana qarşı qərəz: İran mediası "Azərbaycanın Ermənistana hücum etdiyini" yazır

2022.09.13, 05:37
Tehrandan Azərbaycana qarşı qərəz: İran mediası "Azərbaycanın Ermənistana hücum etdiyini" yazır

Gunaz.tv

İranın məşhur "İSNA" xəbər agentliyi guya Azərbaycanın Ermənistana hücum etdiyini iddia edib.

Xəbərdə Ermənistanın Azərbaycana qarşı təxribatı barədə dəqiq məlumat verməyib.

"İSNA" Baş nazir Nikol Paşiniyanın Amerikanın xarici işlər naziri Antoni Blinkenə zəng etdiyini və onu "Azərbaycanın Ermənistanın sərhədlərini pozduğu barədə məlumatlandırdığını" yazıb. 

Gecə saatlarında Ermənistan Nazirlər Kabinetinin toplantısının keçirildiyi barədə geniş məlumat verən xəbər agentliyi "iclasda Azərbaycan Respublikasının Ermənistana qarşı gecə yarısı başlayan təcavüzkar hərəkətləri ilə bağlı növbəti addımlar müzakirə edildiyini" bildirib.

"İSNA" xəbər agentliyi Ermənistan baş nazirinin ofisinin "Azərbaycan Respublikasının silahlı qüvvələrinin müstəqil Ermənistan torpaqlarına qarşı gecə yarısı hücuma başladığı" iddiasını yaydığı halda, Azərbaycan tərəfinin məsələ ilə bağlı mövqeini bir cümlədə xülasə edib.

Timur 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar