SON XƏBƏRLƏR

İranın 3 nüfuzlu din xadimi etirazlara dəstək verdi

2022.09.26, 08:28
İranın 3 nüfuzlu din xadimi etirazlara dəstək verdi

Gunaz.tv

Yaydığı bəyanatda o, İran hökumətindən “xalqın tələblərini dinləyib problemlərini həll etməyi” tələb edib.

İranda əxlaq polisinin nəzarətində olan Məhsa Əmininin ölümü ilə bağlı etirazların başlamasından 8 gün keçdikdən sonra Nuri Həmədani etirazçılara dəstək verən üçüncü tanınmış molladır.

Nuri Həmədanidən əvvəl tanınmış din xadimi Əsədullah Bayat Zəncani də bəyanat yayaraq bu tip hadisələrə səbəb olan davranışları ağılsız və qeyri-qanuni adlandırıb.

O, ölkə qanunlarının heç birində insanların maarifləndirilməsi məsuliyyətiin polisə həvalı edilmədiyini deyib.

Bəyanat yayaraq Məhsa Əmininin əxlaq polisi tərəfindən həbs edilməsini və döyüldükdən sonra öldürülməsini kəskin tənqid edən digər müctəhid molla rejiminin siyasətinin tənqidçilərindən olan Ayətullah Mustafa Mühəqqiq Damaddır.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar