SON XƏBƏRLƏR

"Baş məşqçi bizə dedi ki, gedin, suyu tualetdən için"- İran milli komandasının 3 üzvü Qərbə sığındı

2021.11.13, 10:51
"Baş məşqçi bizə dedi ki, gedin, suyu tualetdən için"- İran milli komandasının 3 üzvü Qərbə sığındı

Gunaz.tv

 Bir federasiyadan üç idmançının bir həftə ərzində Qərbə sığınmasından sonra İranın İdman Nazirliyi ölkənin Pauerliftinq Milli Komandasının Livana planlaşdırılan səfərini ləğv edib.


Yayılan məlumata görə, İranın Fitness Challenge üzrə milliləri Əmir Qulamzadeqan və Əlirza Piri ötən həftə İspaniyada keçirilən yarışların sonunda ölkəyə qayıtmaqdan imtina ediblər.


Həmçinin İran Pauerliftinq Milli Komandasının millisi Əmir Əsədullahzadə isə noyabrın 10-da Norveçdə keçirilən yarışlardan sonra komanda heyətinin qaldığı hoteli tərk edərək siyasi sığınacaq almaq üçün Almaniyaya qaçıb.


O, “Azadlıq” radiosunun “Fars” redaksiyasına açıqlamasında milli komanda düşərgəsindən qaçmasının və İrana qayıtmaqdan imtina etməsinin səbəbini açıqlayıb:


“Komandanın rəhbəri Rza Firuzi yarışlar zamanı bizə təzyiq göstərərək israrla deyirdi ki, üzərində SEPAH-ın “Qüds” briqadasının keçmiş komandanı Qasım Süleymaninin şəkil həkk olunmuş köynəyi geyməlisiniz. 


Mən isə ona etiraz edib dedim ki, bu idman qaydalarına zidd addımdır və bu iş bizim beynəlxalq yarışlardan məhrum edilməyimizə gətirib çıxaracaq. O isə məni təhdid edərək dedi ki, bu işdən boyun qaçırsan İrana qayıtdıqdan sonra barəmdə ciddi tədbir görüləcək, problemlərlə üzləşəyəcəyəm. 


Bir dəfə də Rza Firuzidən istədik ki, bizə su alsın.  O isə bizi təhqir edərək dedi ki, pulumuz yoxdur, su içmək istəyirsinizsə gedin tualetdəki krandan su için. Sizcə bu İran idmanının çempionlarına layiq hərəkətdirmi? 


Mən isə üzümü onlara tutub deyirəm: Əgər idmançılara adicə bir su almağa pulunuz və büdcəniz çatmırdısa, bəs o zaman niyə təhlükəsizlik orqanlarının 8 əməkdaşını idmançılara qoşub onları Norveçə göndərmisiniz. Axı idmana ayrılan büdcəni niyə bu 8 nəfərin hotel xərcinə və onların digər xərclərinə sərf edibsiniz?"

Əmir Əsədullahzadə təəssüflə bildirib ki, İranda idmançı olmaq ölkə rəsmiləri üçün əhəmiyyət kəsb etmir.

"Onlar idmançıların qul olmasını istəyirlər. Onların prioriteti hakim sistemin tərəfdarı olan şəxslərə önəm vermək və onların ehtiyaclarını təmin etməkdir. Bir sözlə, idmançı oldunsa onlara bac verməlisən, yoxsa səni komandadan kənara qoyarlar.


Mən isə onlar qarşısında əyilmək, onlara bac vermək əhli deyiləm və bununla razılaşa bilmərəm.

Çünki əgər mən onlara bac vermək əhli olsaydım və onların dediyi kimi rəftar etsəydim, indi anam və ailə üzvlərimlə birlikdə 45 kvadratlıq bir mənzildə yaşamaq məcburiyyətində qalmazdım”, -deyə Almaniyaya sığınan İran Pauerliftinq Milli Komandasının üzvü Əmir Əsədullahzadə “Azadlıq” radiosunun “Fars” redaksiyasına açıqlamasında bildirib.

0ff60000-0aff-0242-b613-08d9a5fb3b18_w1597_n_r0_st.jpg

                                               Almaniyaya sığınan İran Pauerlifting Milli Komandasının millisi Əmir Əsədullahzadə

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar