SON XƏBƏRLƏR

"Etirazlara qədər internet və sosial media məhdudlaşdırılmalı idi"- İranın baş prokuroru

2022.10.05, 11:00
"Etirazlara qədər internet və sosial media məhdudlaşdırılmalı idi"- İranın baş prokuroru

Gunaz.tv

O, etirazlara qədər "instagram" və "WhatsApp"-ın filtrdən keçirilməməsini dolayısı ilə tənqid edib.

Məhəmmədcəfər Müntəziri bundan öncə rəsmilərdən birinin internetə əhdudiyyət qoyulmasına qarşı çıxdığını deyib və bunun acı nəticələrinin hazırda göründüyünü söyləyib.

"Kaş açıq müzakirə təşkil edilə və mən internet və sosial mediaya vaxtında məhdudiyyət qoyulmamasının ağır nəticələrini buna qarşı çıxanlara izah edəm, onun bu cinayətlərə şərik olduğunu sübut edəm",- deyə, baş prokuror bildirib.

Qeyd edək ki, Məhəmmədcəfər Müntəziri bundan öncə də dəfələrlə internet və sosial mediaya sərt məhdudiyyətlər qoyulması, sosial mediaya nəzarət edilməsi ilə bağlı təkliflər irəli sürüb.

"Comparietech" saytının məlumatına görə, İran internet məhdudiyyətlərinə görə dünyada ikinci yerdədir və bu İranda VPN-lərdən, vebsaytdan və sosial mediadan normal istifadənin qarşısını alır.

Bununla yanaşı sentyabrın sonlarında dünya ölkələri arasında internetin sürətilə bağlı açıqlanan statistikada İranın internet sürəti üzrə qlobal reytinqinin son 4 ayda dahada azaldığı, bu ölkənin dünyanın 182 ölkəsi arasında 147-ci yerdə qərarlaşdığı açıqlanıb.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar