SON XƏBƏRLƏR

FATF İranın adını yenidən qara siyahısında saxladı

2021.10.23, 11:43
FATF İranın adını yenidən qara siyahısında saxladı

Gunaz.tv

İranın adı sonuncu dəfə 2020-ci il fevralın 21-də FATF-in Parisdə keçirilən 6 günlük iclasında qara siyahıya salınmışdı. 


Bəyanatda deyilir ki, FATF təşkilatına üzv olmaqdan və onun şərtlərini qəbul etməkdən boyun qaçıran İranın adı Şimali Koreyanın adı ilə birlikdə yenidən qurumun qara siyasında saxlanılacaq. 


Bəyanatda həmçinin dünyanın bütün ölkələrindən istənilir ki, çirkli pulların yuyulması, terrorçu qrupların maliyyələşdirilməsi və kütləvi qırğın silahlarının maliyyələşdirilməsi işi ilə məşğul olan İran və Şimali Koreya ilə yüksək riskli ölkələr kimi yanaşsınlar, mövqe sərgiləsinlər. 


FATF Təşkilatı dünya ölkələrindən həm də tələb edir ki, qurumun qara siyahısına düşən ölkələrlə ticari əlaqələrdən imtina etsinlər və BMT-nin çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə aparmaq üçün qəbul etdiyi qanunları icra etsinlər. 


Bildirilir ki, hazırda dünyanın bütün ölkələri arasında yalnız İran İslam Respublikası və Şimali Koreyanın adları FATF-in qara siyahısında yer alır.

FATF kripto-sektor üzrə tənzimləmə tövsiyyələrini təqdim etdi –  kriptoinvest.az

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar