SON XƏBƏRLƏR

İranın Zahidan, Şiraz və Xürrəmabad şəhərlərində daha 3 məhkum dara çəkilib

2022.01.19, 13:18
İranın Zahidan, Şiraz və Xürrəmabad şəhərlərində daha 3 məhkum dara çəkilib

Gunaz.tv

Bu barədə xəbər İranda fəaliyyət göstərən hüquq müdafiəçiləri yayıb.

Məlumata görə, yeddi il əvvəl naməlum səbəbə görə törətdiyi qətl ittihamı ilə həbs edilən 34 yaşlı məhkum Qafar Qorqic yanvarın 17-si səhər saatlarında Zahidan şəhərinin həbsxanasında dar ağacından asılıb.

Üç il yarım əvvəl kütləvi bir davada istəmədən qətl törədən Səccad soyadlı bir məhkum isə yanvarın 18-də Şiraz şəhərinin zindanında dara çəkilməklə edam edilib.

Yayılan məlumata görə, həmçinin iki il əvvəl baş verən kütləvi bir davada bacısının rəfiqəsini müdafiə edərkən qətl törədən və “qəsdən adamöldürmə”də təqsirləndirilən 30 yaşlı məhkum Müslüm Ağa Mirzayi yanvarın 16-da Xürrəmabad şəhərinin zindanında dar ağacından asılıb.

Edam edilən hər üç məhkumun məhkəmə prosesləri barədə hər hansı bir məlumat yayılmayıb. 

Qeyd edək ki, İran İslam Respublikası ölkə əhalisinin sayına nisbətən həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar