SON XƏBƏRLƏR

İranın Qaimşəhr şəhərində 6 bəhainin iş yerləri bağlanılıb

2021.11.10, 13:32
İranın Qaimşəhr şəhərində 6 bəhainin iş yerləri bağlanılıb

Gunaz.tv

Bu barədə İrandakı hüquq müdafiəçiləri noyabrın 9-da məlumat yayıb.

Bildirilir ki, sözü gedən idarənin məmurları, mülki geyimli ETTELAAT əməkdaşları ilə birlikdə bəhailərin iki günlük dini tətillərinin ardınca hər 6 bəhai vətəndaşın iş yerlərinə gedərək, onların mağazalarını möhürləyiblər. 

Yerli əyalət rəsmiləri bəhai sakinlərin iş yerlərinin bağlanmasının səbəbini açıqlamayıblar.

Bildirilir ki, ötən ilin qış mövsümünün sonlarında İranın 7 şəhərində hökumət qüvvələri onlarla bəhainin evinə basqın etmişdilər. Məlumata görə, onlar bəhailərin evlərində yoxlama aparmış və onlara məxsus bir sıra şəxsi əşyaları götürdükdən sonra bəhailərin qaldığı mənzillərlə bağlı mülkiyyət sənədlərini əllərindən almağa çalışsalar da, buna nail ola bilməmişdilər.  

Qeyd edək ki, rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşayır. İran İslam Respublikasının ana yasası bəhai dinini müstəqil bir din kimi tanımır.

Məhz buna görə də, son 43 ildə İranda bəhailərin sərbəst təhsil almasına və onların dövlət idarələrində işə götürülməsinə qadağa qoyulub, digər hüquqları məhdudlaşdırılıb.

İrana hakim radikal ruhanilərin təhriki ilə hakimiyyətə bağlı quldur “Hizbullah”çı dəstələr vaxtaşırı bəhailərin iş yerlərinə hücum edir, mağazalarını bağlatdırır və ya yandırır, qəbiristanlıqlarını isə dağıdırlar.

1979-cu ildə İranda islam hakimiyyəti qurulandan bu günə kimi, ölkədə yüzlərlə bəhai və onların dini başçıları edam edilib. 

تشدید فشار بر بهاییان در قائم‌شهر و یزد | ایران | DW | 09.11.2021

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar