SON XƏBƏRLƏR

İranın baş prokuroru etirazçıları hədələdi

2022.05.19, 05:11
İranın baş prokuroru etirazçıları hədələdi

Gunaz.tv

İranın Baş prokuroru Məhəmməd Cəfər Müntəziri etirazçıları "cəmiyyətin təhlükəsizliyini pozmaq"da günahlandırıb.

Müntəziri ölkənin bütün prokurorlarını etirazçılara qarşı bir an dayanmadan ölçü götürülməsini istəyib və bildirib ki, bu məsələdə, aksiyaların yatırılmasında heç bir sərhəd tanınmamalıdır.

"Bu gün İrandakı durum məhkəmədən kənar addımların atılmasına icazə verir və bu səbəbdən lazımi tədbirlər görülməlidir", - deyə baş prokuror əlavə edib.

Qeyd edək ki, Baş prokurorla yanaşı bir neçə Sepah və hökumət nümayəndəsi də, etirazların yatırılması üçün daha sərt tədbirlərin görülməsini tələb ediblər.

Onlar bahalıq və ərzaq qıtlığına qarşı baş verən etiraz aksiyalarını xarici ölkələrin fitnəsi kimi qələmə verib, narazıları milli təhlükəsizliyə qarşı çıxmaqda günahlandırıblar.

Bir neçə gün bundan öncə Yasuc şəhərində 6 etirazçı müəllim “xarici qüvvələrə bağlı oldduqları” ittihamı ilə saxlanılıb və barələrində cinayət işi açılıb. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar