İranın bir neçə şəhərində müəllimlərlə təqaüdçülərin etiraz aksiyaları keçirilib - FOTO

25.01.2022, 16:28

Yanvarın 24-də İranın bir sıra şəhərlərində müəllimlərlə təqaüdçülərin etiraz aksiyaları keçirilib.

Gunaz.tv Quote | Gunaz article

Yayılan məlumata görə, əsasən Şiraz, Ərdəbil, Sənəndəc, Həmədan, Darab və Rəşt şəhərlərində keçirilən dinc aksiyalarda, məişətlərinin ağır olmasından, maaş və aldıqları təqaüdün aşağı olmasından narazı olan müəllimlər və təqaüdçülər əllərində yazılı plakatlar gəzdirərək, hökumətin onların qayğısına biganə yanaşmasına qarşı şüarlar səsləndiriblər. 

Aksiyada iştirak edən müəlluimlər və təqaüdçülər həmçinin ölkədə baş alıb gedən bahalıq və inflyasiyaya ucbatından dolanışıqlarının gündən-günə çətinləşdiyini bildirərək maaşlarının və təqaüdlərin səviyyəsinin qaldırılmasını tələb ediblər.

Yayılan məlumata görə, polis və mülki geyimli təhlükəsizlik qüvvələri bəzi şəhərlərdə müəllimlər və təqaüdçülərin dinc etiraz aksiyasını dağıtmağa cəhd göstərsə də, aksiyaçıların etirazı və müqaviməti ilə qarşılanıblar.

Keçirilən aksiyalarda həbslərin aparılıb-aparılmadığı barədə hər hansı bir məlumat yayılmayıb. 

Xatırladaq ki, son həftələrdə İranın 100-dən çox şəhərində müəllimlər və təqaüdçülərin müxtəlif etiraz aksiyaları keçirilib, onlarla nəfər həbs edilib.

Müəllimlər və təqaüdçülər tələbləri yerinə yetirilməyincə, dinc etirazlarını bundan sonra da davam etdirəcəklərini bildiriblər. 

بازنشستگان بار دیگر در چند شهر ایران تجمع کردند

شماری از معلمان و بازنشستگان بار دیگر در چند شهر ایران تجمع کردند

تجمع اعتراضی بازنشستگان فرهنگی برای مطالبات معیشتی | معلمان

A.M 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Güney Azərbaycanda idman yarışında milli şüarlar səsləndirilib-VİDEO

2023-04-01

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-04-01

gun az article

Zənganlı idmançıya təzyiq göstərilir

2023-04-01

gun az article

SEPAH Azərbaycan konsulluğu qarşısına aksiya keçirib

2023-03-31

gun az article

“I Türkçülük çalışmaları simpoziumu və türkçülüyün bugünkü durumu” və “Təbrizdən Brüsselə istiqlal mücadiləsi”   - VİDEO

2023-03-31

gun az article

"İran ermənilərin Güney Azərbaycanda törətdiyi soyqırıma dair məlumatları gizlətməyə çalışır"-Millət vəkili

2023-03-31

gun az article

Təbrizdə tarixi abidə uçub

2023-03-31

gun az article

Həmədanda taksi sürücüləri etiraz aksiyası keçiriblər

2023-03-31

gun az article

Vərziğanda Qacarlar dövrünə aid tarixi abidə dağılmaq üzrədir

2023-03-30

gun az article

“Görüş” proqramı: “Demokratiyaya keçidin müzakirəsi” və “Cilovluq qətliamı”-VİDEO

2023-03-30

gun az article

Təbrizdə avtobus kirayələri kəskin artdı

2023-03-29

gun az article

Təbrizili sənətçilər Beynəlxalq Film Festivalında mükafatlandırılıb

2023-03-29

gun az article

Güney Azərbaycanda müəllimlər etiraz aksiyaları keçiriblər

2023-03-29

gun az article

 “Özümüz” proqramında müzakirə: “Osmanlı-Səfəvi ilişkisi”  - VİDEO

2023-03-29

gun az article

Mərənddə 5 nəfər edama məhkum edildi

2023-03-29

gun az article

"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

2023-03-28

gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27