SON XƏBƏRLƏR

SEPAH-ın briqada komandirinə silahlı hücum olub

2022.04.23, 09:15
SEPAH-ın briqada komandirinə silahlı hücum olub

Gunaz.tv

Naməlum silahlılar İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) 110-cu briqadasının komandiri Hüseyn Almasinin avtomobilini atəşə tutublar.

İra mediasının verdiyi məlumata görə, bu gün aprelin 23-ü səhər saatlarında baş verən hücum nəticəsində briqada komandiri yaralanıb, onun cangüdəni Mahmud Absalan isə yerindəcə həlak olub.

Həlak olan cangüdən İran İnqilab Keşikçiləri Korpusunun Sistan və Bəluçistandakı yüksək rütbəli komandiri Pərviz Absalanın oğludur.

SEPAH-a bağlı media orqanları 4 hücumçunun saxlanıldığını iddia etsələr də onların kimliyi barədə açıqlama verməyiblər. 

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar