SON XƏBƏRLƏR

İranın daha bir böyük zavodu tətil aksiyasına qoşulub

2022.10.18, 09:45
İranın daha bir böyük zavodu tətil aksiyasına qoşulub

Gunaz.tv

İranda ən böyük iqtisadi müəssisələrdən sayılan və müxtəlif təkərlərin istehsalı ilə məşğul olan "Kiyantayer" zavodunun işçiləri tətil aksiyasına başlayıblar.

İslamşəhrdə yerləşən zavodun işçilərinin tətil aksiyasının qarşısını almaq üçün SEPAH və başqa hökumət qurumlarının təhdidlərinə baxmayaraq, oktyabrın 17-dən zavodun 830 nəfər işiçisi tətilə başlayıb.

Qeyd edək ki, son bir həftə ərzində İranın bir neçə əhəmiyyətli neft-kimiya zavodunda başlayan tətil aksiyaları bir çox şəhərə yayılıb.

Onlarla şəhərdə bazarlar, mağazalar və başqa iqtisadi müəssisələr repressiyalara etiraz əlaməti olaraq tətil edilib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar