SON XƏBƏRLƏR

İranın daha bir əyalət mollası Azərbaycanı “nankorluq”da ittiham edib

2021.10.30, 07:32
İranın daha bir əyalət mollası Azərbaycanı “nankorluq”da ittiham edib

Gunaz.tv

Zəngan əyalətinin “Abbər” şəhərinin cümə imamı molla Mehdi Mənsuri öz çıxışında kiber hücumdan məqsədin ölkə daxilində gərginlik yaratmaq olduğunu deyib.

Mənsuri əlaqəsiz fikirlər səsləndirərək Livan hadisələrindən Azərbaycan Respublikasına keçid edib və absurd iddialar səsləndirib.

Cümə imamı səsləndirdiyi fikirlərdə İranın Azərbaycan Respublikasına etdiyi yardımların unudulduğunu, Azərbaycan hökumətinin nankorluq etdiyini iddia edib.

“Azərbaycan hakimiyyəti duzu yeyib duz qabını sındırmamalıdır. Onlar kimlərin keçmişdə onlara yardım etdiyini unutmamalıdırlar”-deyə, axund Mənsuri bildirib.

Ötən gün keçirilən cümə namazları çıxışında əsas diqqət çəkən məqam hər zamankından fərqli olaraq mollaların yanacaq doldurma məntəqələrinə edilən kiber hücumla bağlı İsrailin adını çəkməmələridir.

Bir neçə mollanın Amerikanı ittiham etməsi nəzərə alınmasa, əyalət mollalarının çoxunluğu çıxışlarında hücum mənbəinin adını çəkməkdən yayınıb və naməlum mənbənin təxribatı barədə fikirlər səsləndiriblər.

Son günlər İranın nüvə obyektlərinə zərbə endirmək üçün İsrailin Hərbi Hava Qüvvələrinin təlimlər keçirməsi barədə məlumatlarn yaylması, mollaların çıxışlarında daha diqqətli olmalarına səbəb olduğu ehtimalını gücləndirir. 

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar