SON XƏBƏRLƏR

İranın daha bir əyalət mollası Azərbaycanı İrana terrorçu göndərməkdə ittiham edib

2022.11.14, 13:28
İranın daha bir əyalət mollası Azərbaycanı İrana terrorçu göndərməkdə ittiham edib

Gunaz.tv

İran İslam Respublikası dünyaya ən böyük terror ixracatçısı sayıldığı halda, Xameneyinin Təbrizdəki nümayəndəsi Məhəmmədəli Ali Haşim gülünc bəyanat yayaraq cümə namazı xütbələrində Azərbaycanın adını çəkmədən İranın "regional məsələlərdə sülh və qardaşlıq mövqeyində olduğunu" iddia edərək deyb: “Biz heç vaxt qonşularımızın haqlarını pozmamışıq və heç bir ölkəyə də bizim hüquqlarımızı pozmağa icazə verməmişik”.

“Qonşuların da bizimlə sülh və qardaşlıq mövqeyində qarşılıqlı əlaqədə olmasını gözləyirik. İran dəfələrlə vurğulayıb ki, bu yaxınlarda həyata keçirdiyi hərbi təlim heç bir qonşunun nə lehinə, nə də əleyhinə deyil və konkret məqsədləri var idi”,- o, əlavə edib.

Din xadimi İran rəsmilərinin Azərbaycana qarşı əsassız iddialarını da təkrarlayıb: “Hesab edirik ki, dövlətlərin münasibətlərinə xarici müdaxilə zərərlidir və qonşu dövlətlər terrorçuların başqa ölkələrə göndərilməsi üçün platformaya çevrilməməlidir”.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar