SON XƏBƏRLƏR

SEPAH Sistan və Bəluçistan qətliam törətdi: Minik avtomobili atəşə tutuldu, ölən və yaralananlar var

2022.03.19, 08:40
SEPAH Sistan və Bəluçistan qətliam törətdi: Minik avtomobili atəşə tutuldu, ölən və yaralananlar var

Gunaz.tv

Bu barədə İranın Sistan və Bəluçistan əyalətinin fəalları məlumat verib.

19 nəfərin ölümü və yaralanması ilə nəticələnən hadisə Əfqanıstan vətəndaşlarını daşıyan "Pejo-405" avtomobili ilə "Lifan" markalı avtomobilin toqquşması nəticəsində meydana gəlib. 
 
Hadisə zamanı hər iki avtomobilin sərnişinlərindən ölən və yaralananlar olub. Yerli mənbələrin bildirdiyinə görə, "Lifan" markalı avtomobilin sərnişinləri etnik bəluç xalqına mənsub bir ailənin üzvləri olub.

İran mediası hadisəni yol qəzası kimi qələmə versələr də, müstəqil media və müxalif təşkilatlar hadisənin silahlı qüvvələrin avtomobillərə atəş açması nəticəsində baş verdiyini bildirirlər.

Hadisədə 7 nəfər yerindəcə ölüb, 12 nəfər yaralanıb və yaralılarının çoxunun durumunun ağır olduğu qeyd olunur.

Qeyd edək ki, mart ayında eyni bölgədə İran təhlükəsizlik və İslam İnqilabı İeşikçiləri Korpusunun silahlı məmurlarının atəşi nəticəsində ikisi yeniyetmə olmaqla 10-a yaxın bəluç öldürülüb.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar