SON XƏBƏRLƏR

İranın girov götürdüyü şəxslər Fransa vətəndaşıdır

2022.05.12, 15:54
İranın girov götürdüyü şəxslər Fransa vətəndaşıdır

Gunaz.tv

Məlumata görə, həbs olunan fransalı Sisil Kuler və onun həyat yoldaşı İrana turist vizası ilə gəzmək üçün gediblər.

Sisil Kulerin Fransa Əmək Təşilatının Təhsil və Mədəniyyət Federasiyasının üzvü olduğu bildirilir.

Fransa Xarici İşlər Nazirliyi vətəndaşlarının İran hökuməti tərəfindən girov götürülməsinə münasibət bildirib.

"Fransa dövləti bu həbsi əsassız sayır və həbs olunan iki vətəndaşının dərhal azadlığa buraxılmasını istəyir" -deyə, Fransa XİN-nin bəyanatında bildirilib.

Qeyd edək ki, ETTELAAT bundan öncə yaydığı bəyanatda iki avopalının ölkədə iğtişaş yaratmağa cəhd göstərdikləri üçün saxlanıldıqlarını iddia edib.

“Ölkənin bəzi təbəqələrinin tələblərindən sui-istifadə etmək, normal tələblərin istiqamətini xaosa, sosial iğtişaşlara və cəmiyyətdə sabitliyin pozulmasına çevirmək məqsədi ilə ölkəyə daxil olan iki avropalı təhlükəsizlik qüvvələri tərəfindən müəyyən edilərək həbs edilib”-deyə, ETTELAAT-ın bəyanatında qeyd olunub.

İran hökuməti son illərdə çoxlu sayda əcnəbi və ikili vətəndaşlığı olan şəxsləri müxtəlif ittihamlarla, o cümlədən casusluq, xarici təhlükəsizlik orqanları ilə əməkdaşlıq və ya rejimə qarşı fəaliyyət göstərməkdə saxlayıb və bu şəxslərin bəziləri başqa ölkələrdəki iranlı məhbuslarla dəyişdirilib. 

Timur
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar