İranın üç şəhərində xristianlığa keçən daha 12 nəfər həbs edilib

2020-07-06 00:21

İranın Tehran, Kərəc və Məlayer şəhərlərində islamı tərk edərək xristianlığı qəbul edən daha 12 nəfər həbs edilib.

Gunaz.tv Quote | Gunaz article


İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, təhlükəsizlik qüvvələri iyunun 31-i axşam saatlarında Tehranın Yaftabad məhəlləsində bir mənzilədə bir yerə toplaşaraq, ibadət edən yeni xristianların iclasına hücum edib. 


Yayılan məlumata əsasən, mülki geyimli təhlükəsizlik qüvvələri 30 nəfərin qatıldığı ibadət iclasında qadınlarla kişiləri bir-birindən ayıraraq vəhşicəsinə döymüş, sorğu-suala tutaraq təhqir ediblər. Hər 30 xristianın mobil telefonları müsadirə edilib, 6-sı (Jozef Şahbaziyan və soyadları açıqlanmayan Rza, Salar, Mina, Məryəm və Sonia) isə naməlum istiqamətə aparılıb. 


Həmin gün, axşam saatlarında təhlükəsizlik qüvvələri 3 yeni xristianı da (Fərhad, Arəş və Fərhad)  Kərəc şəhərində öz şəxsi mənzillərində tutub aparıblar.


İyulun 1-i sübh saatlarında təhlükəsizlik qüvvələri 3 yeni xristianı da (soyadları açıqlanmayan Söhrab, İbrahim və Yasər) Məlayer şəhərində tutub aparıblar.


Bildirilir ki, Tehranda həbs edilən yeni xristianlar bir gecə ETTELAAT idarəsində saxlanılıb dindirildikdən sonra hər biri 50 milyon, Kərəcdə həbs edilənlərin isə hər biri 30 milyon tümən mülki vəsiqə girovu qoyaraq, məhkəmələrinin keçirilməsinə qədər  müvəqqəti olaraq azadlığa buraxılıb. 


12 yeni xristiana qarşı konkret hansı ittihamların irəli sürülməsi barədə hər hansı bir məlumat yayılmayıb. 


Qeyd edək ki, İrandakı islam cəza qanununa görə, islamı tərk edərək başqa bir dinə, o cümlədən də xristianlığa keçənlər mürtəd sayıldıqlarına görə edama məhkum edilməlidir. Lakin beynəlxalq təşkilatların kəskin etirazını nəzərə alaraq, İran rejimi bu kimi şəxsləri açıq şəkildə edam edə bilmədiyinə görə, onlara qarşı alternativ cəzalar tətbiq edir, həmişə təzyiq və təqibə məruz qoyur.

 
1979-cu ildə, İranda radikal şiə axundların hakimiyyətə gəlişindən bu yana, ölkədə onlarla kilsə rəhbəri qətlə yetirilib, xristianlığı qəbul edən minlərlə adam həbs edilib və ya repressiyalara məruz qoyulub.

 
A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Rəsmi Kiyev İrandan vurulmuş təyyarə ilə bağlı hərtərəfli hesabat tələb edib

2020-08-05

gun az article

GünazTV Aug.05.2020: “Livandakı partlayışda Azərbaycanlı iş adamına zərər dəyib”

2020-08-05

gun az article

Amerika TŞ-ya İranın silah embarqosunun uzadılmasına dair yeni qətnamə təqdim edib

2020-08-05

gun az article

Amerikalı rəsmi: "Rusiya, Çin, İran və Şimali Koreyanın təhdidləri artıb"

2020-08-05

gun az article

İranlı rəsmi: “Çinin Kunlun Bankı bizimlə əməkdaşlıq etmir”

2020-08-05

gun az article

İsrailin Suriyaya son hücumlarında İrana bağlı 15 yaraqlı həlak olub

2020-08-05

gun az article

İranda daha 185 nəfər koronavirusdan ölüb, əlavə 2697 nəfər infeksiyaya yoluxub

2020-08-05

gun az article

"Persopolis" klubunun rəhbərinin müavini "ETTELAAT" tərəfindən həbs edilib

2020-08-05

gun az article

Zahidanda səs bombasının partlaması nəticəsində hüquq-mühafizə qüvvələrinin 4 əməkdaşı yaralanıb

2020-08-05

gun az article

Rəzəvi Xorasanda qadınlara velosiped sürmək qadağan edilib

2020-08-05

gun az article

İranda rejimə qarşı kütləvi etirazlarda həbs edilən gənc aksiyaçı edam edilib

2020-08-05

gun az article

GünazTV Aug.04.2020: “İranada hər yeddi dəqiqədə bir insan coronovirusdan ölür”

2020-08-04

gun az article

İranın Əlbürz əyalətində koronavirusdan ölənlərin sayı 770 nəfərə çatıb

2020-08-04

gun az article

İranda 5 milyon şagird təhsildən kənar qalmaq təhlükəsi ilə üz-üzədir

2020-08-04

gun az article

İranda 6 milyard avrodan çox korrupsiyada ittiham edilən nazir damadı məhkəmədən qaçaraq gizlənib

2020-08-04

gun az article

İranda daha 212 nəfər “Covid-19”dan vəfat edib, 2751 yeni növ koronavirusa yoluxma halı aşkar edilib

2020-08-04

gun az article

Səid Nəməki: "Qəbul imtahanlarının vaxtı dəyişilməyəcək"

2020-08-04

gun az article

Məşhəddə uşaq xəstəxanasının 80 işçisi koronavirusa yoluxub

2020-08-04

gun az article

Mazandaran əyalətinə səfərə qadağa qoyulub

2020-08-04

gun az article

İranda il ərzində ailələrin 8.2 faizi ümumiyyətlə ət ala bilməyib

2020-08-04