SON XƏBƏRLƏR

Ukraynada İranın kamikadze PUA-sı vurulub

2022.09.14, 03:57
Ukraynada İranın kamikadze PUA-sı vurulub

Gunaz.tv

Sentyabrın 13-də Ukrayna ordusu ilk dəfə olaraq Rusiyanın döyüş meydanında istifadə etdiyi İran tərəfindən hazırlanmış intiharçı pilotsuz uçan aparatla qarşılaşdığını və onu vura bildiyini bildirib.

Ukrayna ordusunun rəsmisi, eləcə də hərbçilərlə sıx əlaqəsi olan  internet saytı İrana məxsus "Şahid" sinifli pilotsuz təyyarənin qalıqlarının görüntülərini yayıb.

İki mənbənin məlumatına görə, Ukrayna qüvvələri Ukraynanın şərq cəbhəsində Kiyevin Xarkov ətrafındakı Rusiya xəttlərinə hücumu zamanı Kobyansk yaxınlığında pilotsuz uçan aparatı ələ keçirib.

Amerika kəşfiyyat agentlikləri iyul ayında xəbərdarlıq etmişdilər ki, İran hökuməti Moskvaya Ukrayna ilə müharibədə kömək etmək üçün Rusiyaya yüzlərlə bomba daşıyan pilotsuz təyyarə göndərməyi planlaşdırır.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar