SON XƏBƏRLƏR

İranın Şiraz şəhərində daha 4 məhkum dara çəkilib

2021.10.20, 07:36
İranın Şiraz şəhərində daha 4 məhkum dara çəkilib

Gunaz.tv

Məhkumların edamı “Ölüm Cəzasına Qarşı Beynəlxalq Mübarizə Günü"nə təsadüf edib.


İrandakı hüquq müdafiəçilərinin yaydığı məlumata əsasən, məhkumlar Meysəm Atetifərd, Hadi Razi, Rəsul Əkrəmi və Ümid Keştkar oktyabrın 9-u sübh saatlarında Şiraz şəhərinin mərkəzi zindanında dara çəkiliblər.


Edam edilən məhkumların məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.


 Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar