SON XƏBƏRLƏR

İranın Şiraz şəhərində polis zabit qətlə yetirildi

2022.02.03, 11:25
İranın Şiraz şəhərində polis zabit qətlə yetirildi

Gunaz.tv

Fars əyaləti polis rəisinin müavini polkovnik Kavus Məhəmmədi mediaya verdiyi açıqlamada qətli törədənləri “xuliqan” adlandırıb.

“Bir neçə nəfər xuliqanla baş verən münaqişə zamani Əliəkbər Rəncbər boyun nahiyəsində aldığı bıçaq yarası nəticəsində hadisə yerindəcə həyatını itirib. Başqa bir məmur isə yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb”-deyə, polkovnik bildirib.

O, qətli törədənlərin kimliyi, neçə nəfər olması barədə açıqlama vermədən onların saxlanılması üçün axtarış-əməliyyat tədbirlərinin həyata keçirildiyini söyləyib.

C.E 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar