SON XƏBƏRLƏR

Sistan və Bəluçistanda geniş etiraz aksiyaları keçirilib- Ölənlər var

2022.11.26, 07:51
Sistan və Bəluçistanda geniş etiraz aksiyaları keçirilib- Ölənlər var

Gunaz.tv

Bildirilir ki, sünni məzhəbli bəluçların Məkki məscidindəki cümə namazından sonra küçələrə axışan etnik bəluçlar İran rəhbəri Əli Xameneyiyə qarşı şüarlar səsləndiriblər.

Məlumatda hökumət qüvvələrinin etirazçılara qarşı odlu silahlardan bir başa atəş açdıqları, bir neçə nəfərin öldüyü və yaralandığı bildirilir.

Məkki məscidinin cümə imamı Moləvi Əbdülhəmid etirazçılara müraciət edərək hökumət məmurlarının atəşindən mühafizə olunmaq üçün məscidə girmələrini istəyib.

"Əl-Ərəbiyyə" yerli əhaliyə istinadən adı çəkilən iki şəhərin müxtəlif məhəllələrində şiddətli atəş səslərinin eşidildiyini yazıb.

Yerli mənbələrin verdiyi məlumata görə, hökumət məmurlarının açdığı atəş nəticəsində 4 etnik bəluç ölüb 10 nəfər isə yaralanıb.

Qeyd edək ki, bundan öncə sentyabrın 30-da hökumət məmurlarının Zahidan şəhərinin Məkki məscidində namaz qılan sünni məzhəbli etnik bəluçlara atəş açması nəticəsində və ondan sonra baş verən nümayişlər zamanı 13-ü uşaq olmaqla 93 nəfər ölüb, 300 nəfər isə yaralanıb.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar