SON XƏBƏRLƏR

İranın kəşfiyyat naziri müxalifləri hədələdi

2022.07.29, 10:40
İranın kəşfiyyat naziri müxalifləri hədələdi

Gunaz.tv

O, son vaxtlar müxalif qrupların yenidən hərəkətə keçdiklərini etiraf edərək, onların fəaliyyətinə şərait yaradan ölkələri qİsas almaqla təhdid edib.

"Amerika yumşaq müharibə və qəddar sanksiyalardan istifadə etməklə regionda zəifləmiş hökmranlığını bərpa etməyə çalışır, ancaq bu, uğursuz oldu"-deyə, Xətib iddia edib.

O, İran hökumətinə qarşı müxalif mövqedə olan təşkilatları İsrailin əlaltısı adlandırıb və bütün media orqanları, mədəni şəxsiyyətlər və kiberməkanda fəaliyyət göstərən şəxsləri bu təşkilatlara qarşı eyni mövqedən çıxış etməyə çağırıb.

Qeyd edək ki, İran hökuməti beynəlxalq səviyyədə təcrid olduğu, ölkə içində etirazların artdığı zamanlar ənənəvi olaraq müxalifləri xarici ölkələrə, özəlliklə İsrailə qulluq etməkdə ittiham edir.

Son aylar etirazların çoxalması, müxalif cərəyanların fəallaşması ndan qorxuya düşən Tehran hökumətinin rəsmiləri, o cümlədən ali rəhbər Əli Xameneyi müxalifəti "xarici qüvvələrə xidmət"də günahlandırır.

Cavidan    

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar