SON XƏBƏRLƏR

İranın keçmiş prezidentinin qızı həbs edildi

2022.09.28, 03:41
İranın keçmiş prezidentinin qızı həbs edildi

Gunaz.tv

İranın keçmiş prezidenti Əliəkbər Haşimi Rəfsəncaninin qızı Faizə Haşimi sentyabrın 27-i gecə saatlarında təhıükəsizlik məmurları tərəfindən Tehranın şərq bölgəsində həbs edilib.

İran mediası Kargüzarlar Partiyası Mərkəzi Şurasının üzvünün son aksiyalarda iştirak etməsi və insanları nümayişlərə çağırması ilə əlaqədar həbs olunduğunu bildirib.

Xüsusilə SEPAH-a yaxın media orqanları Faizə Haşimini xarici qüvvələrlə birgə ölkədə iğtişaş yaratmaq və hakimiyyəti devirməyə çalışdığı barədə iddialar irəli sürüblər.

Bundan bir neçə gün öncə Faziə Haşimi rejimin tətbiq etdiyi məcburi hicab qaydalarına əməl etmədiyinə görə Məhsa Əmininin İranın əxlaq polsi tərəfindən öldürülməsini pisləyib.

İran məhkəməsi Faziə Haşiminin "ölkənin milli təhlükəsizliyinə ziyan vurduğu" ittihamı ilə onun siyasi fəaliyyət etməsinə qadağa qoyub.

Bununla yanaşı Tehranın ümumi və inqilab prokuroru Əli Salehi iyulun 3-də keçmiş prezidentin qızı Faizə Haşiminin məhkəmə işi ilə bağlı verdiyi açıqlamada onun barəsində məhkumluq qərarının çıxarıldığını deyib. 

O, "İran İslam Respublikası sisteminə qarşı təbliğat fəaliyyəti və müqəddəsləri təhqir etmək"də ittiham olunur.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar