SON XƏBƏRLƏR

İranın kimya zavodunda ölən və yaralananların çoxu qaşqay türküdür

2022.06.15, 05:39
İranın kimya zavodunda ölən və yaralananların çoxu qaşqay türküdür

Gunaz.tv

Onlar partlayış və yanğın zamanı ölən və yaralananların çoxunun yerli qaşqay türkü olduğunu bildiriblər.

Fəallar zavod rəhbərliyi və bir sıra mütəxəssisləri çıxmaq şərtilə işçilərin Firuzabad şəhəri və ətraf bölgələrdə  yaşayan qaşqaylar olduğunu qeyd edib.

Qeyd edək ki, iyunun 13-ü gecə saatlarında Firuzabad şəhərində yerləşən kimya zavodunda baş verən partlayış və yanğın zamanı 150 nəfər yaralanıb, 40 nəfər ölüb.

İran rəsmiləri xəsarət alanların sayı ilə bağlı məlumat versələr də, ölü sayı barədə açıqlama verməkdən imtina edirlər.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar