SON XƏBƏRLƏR

İranın Gülüstan əyalətində daha bir SEPAH zabiti öldürülüb

2022.09.19, 08:37
İranın Gülüstan əyalətində daha bir SEPAH zabiti öldürülüb

Gunaz.tv

Məlumatda SEPAH zabiti Əli Sərvaninin Gülüstan əyalətinin Ramiyan şəhərinin Rzaabad kəndində etnik bəluçlar arasında baş verən münaqişənin yatırılması üçün keçirilən əməliyyat zamanı həlak olduğu bildirilib.

İran mediası adı çəkilən zabitin havaya atəş açdığını iddia etsə də, bəluç fəallar sosial mediada yaydıqları məlumatda Əli Sərvaninin əhaliyə bir başa atəş açmasına cavab olaraq ov tüfəngi ilə vurulduğunu qeyd ediblər.

Onlar münaqişə zamanı SEPAH zabitinin bir neçə nəfəri yaraladığını yazıb, onlardan bir neçəsinin vəziyyətinin ağır olduğunu qeyd ediblər.

Fəallar hadisədən sonra onlarla bəluçun həbs edildiyini və hökumət məmurlarının başqa həbslər həyata keçirmək üçün əməliyyatlar apardığını bildiriblər.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar