İranın Gülüstan əyalətinin Qalikeş şəhərində vəziyyət gərgindir - VİDEO

24.12.2021, 11:58

İranın Gülüstan (Türkmənsəhra) əyalətinin Qalikeş şəhərində sünni məzhəbli axund, mövləvi Məhəmməd Hüseyn Qorqiçin işdən kənarlaşdırılması yerli sünni əhalisinin etirazı ilə qarşılanıb.

Gunaz.tv Quote | Gunaz article

Sosial şəbəkələrdə yayılan video və məlumatlara əsasən, dekabrın 23-ü axşam saatlarında sünni axundun yüzlərlə tərəfdarı küçələrə axışaraq, “Allahü əkbər” və digər şüarlar səsləndirərək mövləvi Məhəmməd Hüseyn Qorqiçin Qalikeşin cümə imam vəzifəsindən kənarlaşdırılmasına etiraz bildiriblər.

Yayılan məlumata görə, polis və təhlükəsizlik qüvvələri onlarla etirazçını həbs etsə də, bəzi mənbələr həbs olunanlardan çoxunun dindirildikdən sonra azadlığa buraxıldığını iddia edirlər.

Qeyd edilir ki, İran təhlükəsizlik qüvvələri sünni axundun özünü də həbs edib dindirdikdən sonra müvəqqəti sərbəst buraxıblar. 

Yerli sünni mənbələrin yaydığı xəbərdə deyilir ki, İranın təhlükəsizlik qüvvələri mövləvi Məhəmməd Hüseyn Qorqiçə təzyiq göstərərək, deyiblər ki, o bu gün (dekabrın 24-də) Qalikeşdə keçiriləcək cümə namazına başçılıq etməkdən imtina etməli, tərəfdarlarını sakit qalmağa çağırmalıdır. 

 Bu arada Sistan-Bəlucistan əyalətindəki Zahidan şəhərinin sünni məzhəbli “cümə imamı” mövləvi Əbdülhəmid İsmayılzehi İran lideri Əli Xamneyiyə məktub yazaraq, sözü gedən sünni ruhani ilə belə davranılmasını başa düşə bilmədiyini və bunu həzm edə bilmədiyini bildirərək, onun işə qarışmasını və sünni axunda göstərilən təzyiqlərin dayandırılmasını tələb edib.

“Bu məsələ “sünni-şiə” qardaşlığına zidd addımdır. Mövləvi Qorqiçin işdən azad edilməsini heç nə ilə izah etmək olmur. Bu iş yerli sünnilərin məyus olmasına gətirib çıxarıb, böyük narahatlığa səbəb olub”, -deyə Zahidanın sünni məzhəbli “cümə imamı” mövləvi Əbdülhəmid İsmayılzehi Xamneyiyə yazdığı məktubunda bildirib.

Qeyd edək ki, son günlər Qalikeşin cümə imamı mövləvi Qorqiç namaz xütbələrindəki çıxışlarında ölkədə sünni məzhəbli əhaliyə qarşı təzyiqlərin göstərilməsinə, hər yerdə və hətta rəsmi tribunalarda “sünni müqəddəslər”nin təhqir edilməsinə etiraz bildirərək, bu kimi hərəkətlərə son qoyulmasını tələb edtmişdi.

Bunun ardınca, İran lideri Əli Xamneyinin Gülüstan əyalətindəki nümayəndəsi bir neçə gün əvvəl hər hansı bir səbəb göstərmədən Qalikeşin cümə imamı olan mövləvi Məhəmməd Hüseyn Qorqiçi tutduğu vəzifəsindən kənarlaşdırmışdı. Bu isə yerli sünnilərin qəzəbinə gətirib çıxarıb. 

بیوگرافی مولوی گرگیج او کیست؟ +فیلم توهین مولوی گرگیج به شیعه

Mövləvi Məhəmməd Hüseyn Qorqiç

VİDEO:

A.M 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Güneyli məhbusun vəziyyəti ilə bağlı BMT nümayəndəsinə məlumat verildi

2023-03-22

gun az article

Qaşqay gəncin dəfn mərasimi hökumətə qarşı etiraz aksiyasına çevrilib-VİDEO

2023-03-22

gun az article

Bu sistemə son zərbəni Təbriz vuracaq – Xəbərdarlıq

2023-03-22

gun az article

“Özümüz” proqramında müzakirə: “Bayram dəblərimizi qoruyaq” və "25 mart yürüşü”- VİDEO

2023-03-22

gun az article

İranda hökumət məmurları Qaşqay türkünü qətlə yetirib

2023-03-21

gun az article

Bir sıra güneyli fəallar yaz bayramını həbsxabada keçiridilər

2023-03-21

gun az article

"Parlaq gələcək": “İranın ərazi bütövlüyü nə deməkdir” və “Pəhləvi sülaləsi: mumiyalanmış cəsəd”

2023-03-21

gun az article

BMT nümayəndəsi Güney Azərbaycan təşkilatının konfransına qatılacaq

2023-03-21

gun az article

İsrailli nazir: "Güney Azərbaycanın qurulması reallıqdır" 

2023-03-20

gun az article

“Dəyirmi masa”da müzakirə: “25 mart Brüsseldə “Azadlıq, Ədalət, Milli hökumət” şüarı”

2023-03-19

gun az article

"Bir bayrağımız var, o da Azərbaycanda dalğalanan bayraqdır"-Əhməd Obalı

2023-03-18

gun az article

Öldürülən güneyli gəncin ailəsinə təzyiqlər davam edir

2023-03-18

gun az article

Güneyli yazıçı Vəli Rai Şücai vəfat edib

2023-03-18

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-18

gun az article

İranda qaşqaylara qarşı təzyiqlər davam edir-VİDEO

2023-03-18

gun az article

Urmuda 6 məhkum edam edilib

2023-03-17

gun az article

"Hədis" animasiya filmi Onsi Beynəlxalq Festivalına qəbul edilib

2023-03-17

gun az article

Təbrizin mərkəzində milli məzmunlu şüarlar yazılmış baner asıldı

2023-03-17

gun az article

Azərbaycanlı yazıçı Süsən Nəvadeyi Rəzi vəfat edib

2023-03-17

gun az article

 “Sözümüz” proqramında müzakirə: “Cilovluq qətliamından günümüzə”- VİDEO

2023-03-17