SON XƏBƏRLƏR

NATO İranın Albaniyaya kiber hücumunu pisləyib

2022.09.09, 05:50
NATO İranın Albaniyaya kiber hücumunu pisləyib

Gunaz.tv

"Albaniyanın milli informasiya infrastrukturuna edilən son kiberhücumlardan sonra, bu ölkədən və müttəfiqlərimizdən alınan məlumatlara görə, arxasında İranla əlaqəli hakerlərin olduğu hücumlar qarşısında Tirana hökuməti ilə həmrəy olduğumuzu bildiririk. Biz müttəfiqimizin təhlükəsizliyini pozmağa və ona zərər vurmağa, onun vətəndaşlarının gündəlik həyatını pozmağa yönəlmiş bu cür zərərli fəaliyyəti pisləyirik
"-deyə, NATO-nun bəyanatında bildirilib.

Amerika və Böyük Britaniya İranla əlaqəli hakerlərin Albaniyanın infrastrukturuna hücumlarını qətiyyətlə pisləyib və Tirana İranla diplomatik əlaqələrini kəsib.

Qeyd edək ki, İyul ayında Albaniyanın hökumət infrastrukturuna edilən kiberhücumdan sonra sentyabrın 7-də baş nazir Edi Rama Albaniya ilə İran arasında siyasi əlaqələrin kəsildiyini elan edib.

cavidan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar