SON XƏBƏRLƏR

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibinin ailəsinə məxsus gəmi Hindistanda müsadirə olunub

2022.02.19, 03:41
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibinin ailəsinə məxsus gəmi Hindistanda müsadirə olunub

Gunaz.tv

Qeyd edək ki, gəmi “Admiral” gəmiçilik şirkətinə aiddir. “Admiral” şirkəti isə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxaninin oğulları Həsən və Hüseyn Şamxanilərə məxsusdur.

Hindistan məhkəməsi "sənədlərin qüsurlu" olması səbəbiylə son beş gün ərzində gəmi və yükün müsadirə edilməsinə qərar verib və gəmi Hindistanın Kandla limanında ələ saxlanılıb. 

Dəniz Hərəkəti Gəmilərinin İzlənməsi və Dəniz Məlumatı Şirkətinin məlumatları da gəminin hazırda Hindistanın qərb sahilindəki Kandla limanda lövbər saldığını göstərir.

Şamxaninin övladlarının, eləcə də qardaşı və kürəkəninin iqtisadi fəaliyyətləri son illərdə geniş tənqid olunub.

İranın Limanlar və Dəniz Təşkilatının nümayəndəsi məsələ ilə bağlı “İLNA” xəbər agentliyinə bildirib ki, bu gəmi İran bayrağı altında üzmədiyi üçün Limanlar və Dəniz Təşkilatının məsələyə müdaxiləsi mümkün deyil.

O, “Kabul” gəmisinin hansı bayraq altında üzdüyü barədə dəqiq məlumat verməsə də, “Marin Trafik” məlumatları İran gəmisinin Qərbi Afrikadan Liberiya Respublikasının bayrağı altında üzdüyünü göstərir.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar