SON XƏBƏRLƏR

İranın mülki hava donanmasının 70%-i yararsızdır

2021.10.20, 07:36
İranın mülki hava donanmasının 70%-i yararsızdır

Gunaz.tv

İran parlamentinin rəyasət heyətinin üzvü Müctəba Yusifi mətbuata verdiyi açıqlamada ölkənin mülki hava donanmasının 70%-nın yararsız vəziyyətdə olduğunu və istifadəyə yaramadığını açıqlayıb.

O. bildirib ki, İranda mövcud olan 350 uçaqdan yalnız 100 uçaq istifadə olunur və sərnişin daçımalarında çətinliklər yaşanır.

Yusifi sanksiyalar səbəbindən uçaqların ehtiyat hissələrinin əldə edilə bilməməsi ucbatından hal-hazırda 250 sərnişin uçağının sıradan çıxdığını deyib.

Rəyasət heyətinin üzvü uçaq çatışmazlığına görə bilet satışlarından əldə edilən gəlirin aviaşirkətlərin hava nəqliyyatına çəkdikləri xərcləri qarşılamadığını, onların ağır maddi duruma düşmələrinə səbəb olduğunu qeyd edib.

مجتبی یوسفی :: خبرگزاری خانه ملت

Müctəba Yusifi İranda hava nəqliyyatı sahəsində yarıtmaz idarəçiliyin böyük problemlər yaratdığını deyib.

“Bir sıra ölkələr hava nəqliyyatında 500 uçaqdan istifadə etdikləri halda yalnız 2 aviaşirkətə malikdirlər. İranda isə 100 uçaqdan istifadə edildiyi halda 12 aviaşirkət fəaliyyət göstərir və yeni aviaşirkətlərin açılması ilə bağlı müraciətlər edilir. Bu şirkətlərin kiçilməsinə və daha tez iflasa uğramalarına gətirib çıxarır”-deyə, o, hava nəqliyyatı sahəsinə böhran hökm sürdüyünü bildirib.

C.E  
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar