SON XƏBƏRLƏR

İranın meqa layihələri Şərqi Azərbaycan investorlarının hesabına həyata keçirilir

2021.12.30, 10:53
İranın meqa layihələri Şərqi Azərbaycan investorlarının hesabına həyata keçirilir

Gunaz.tv

Bu barədə Şərqi Azərbaycan əyalətinin valisi Abdin Xurrəm açıqlama verib. 

“Ölkənin ən böyük projeləri bizim əyalətin investorları hesabına reallaşdığı bir halda biz özümüz əyalətdə sərmayə qoymağa adam axtarırıq”-deyə, Şərqi Azərbaycanın valisi bildirib.

O, bununla yanaşı əyalətdə enerji çatışmamazlığının əsas problemlərdən biri olduğunu və qarşıdakı dörd il ərzində 1000 meqavat elektrik enerjisinin istehsalının vacibliyini qeyd edib.

Qeyd edək ki, Şərqi Azərbaycan əyalətinin Sənaye, Mədən və Ticarət Təşkilatının başçısı Qulaməli Rastinin dediyinə görə, hal-hazırda əyalətdə 1500-dən çox yarımçıq layihə mövcuddur.

O, əyalətdə yarımçıq qalan 1565 layihənin tamamlanması üçün 27,321 milyard tümən vəsaitə ehtiyac olduğunu və bunun reallaşacağı təqdirdə 43 mindən çox insanın məşğulluq probleminin həll olunacağını qeyd edib.

Q.Rasti uzun illərdir büdcə çatışmazlığı ucbatından yarımçıq qalan layihələrin 947-də yalnız 60% irəliləyiş olduğunu, qalan layihələrin isə ilkin işlər görüldükdən sonra dayandırıldığını söyləyib.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar