SON XƏBƏRLƏR

UNICEF İranın ümumölkə etirazlarında uşaq və yeniyetmələrə dəstək verməyə çağırıb

2022.10.11, 10:45
UNICEF İranın ümumölkə etirazlarında uşaq və yeniyetmələrə dəstək verməyə çağırıb

Gunaz.tv

"Bildirilən qurbanlardan əlavə, bir çox uşaq küçələrdə və ya mediada dərc olunanlar vasitəsilə zorakılığın şahidi olublar ki, bu da onların sağlamlıqlarının keyfiyyətinə uzunmüddətli təsir göstərə bilər",- deyə, bəyanatda qeyd edilib.

UNICEF bu bəyanatda bütün uşaqları hər hansı zorakılıq və zərərdən, o cümlədən münaqişələr və siyasi hadisələrdən qorumaq istədiyini vurğulayıb. Hər kəs tərəfindən və istənilən kontekstdə uşaqlara qarşı zorakılığın qəbul edilməz olduğunu bildirib.

Sonda Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu Baş katibin hakimiyyət orqanlarına lüzumsuz və həddindən artıq güc tətbiqindən qaçınmaq tələbini təkrar edərək, uşaqlar və yeniyetmələr təhlükəsiz və dinc bir mühitdə öz hüquqlarını əldə edə bilməli olduqlarını bildirib.

Qeyd edək ki, İran Uşaq Hüquqlarını Müdafiə Assosiasiyasının verdiyi son məlumata görə, İranda kütləvi etiraz nümayişlərinin başladığı 24 gün müddətində 28 uşaq hökumət qüvvələri tərəfindən öldürülüb.

Cavidan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar