SON XƏBƏRLƏR

İranın ən böyük müəssisələrindən biri olan "Dicikala" şirkətinin işçiləri tətil aksiyasına başlayıblar

2022.09.29, 08:20
İranın ən böyük müəssisələrindən biri olan "Dicikala" şirkətinin işçiləri tətil aksiyasına başlayıblar

Gunaz.tv

İranda onlayın satış və marketinq xidmətləri verən və ən böyük müəssisələrdən sayılan "Dicikala" şirkətinin bir qrup işçisi bəyanat yayaraq tətil aksiyasına əl atdıqlarını bildiriblər.

Tehran hökumətinin şiddətli repressiyalarına etiraz əlaməti olaraq başladılan tətil aksiyası ilə bağlı yayılan bəyanatda hökumət tərəfindən xalqa edilən bu qədər zülmə dözə bilmədikləri qeyd olunub.

"Fəaliyyətimiz müddətində bütün çətinliklərə baxmayaraq əlimizdən gələn qədər ölkəmizin inkişafı üçün səy göstərib, bütün problemləri görməzdən gəlmişik.

Ancaq bu gün başlanan etiraz aksiyalarına qatılan həmvətnlərimizə qarşı amansız, qəddar və misli görünməmiş repressiyalar bizi xalqımızla bir yerdə olmağa məcbur etdi.

Etirazçılara dəstək və repressiyaara etiraz olaraq tətil aksiyasına başladığımızı, xalqla bir yerdə olduğumuzu, ümumi tətil aksiyalarına qatıldığımızı bildiririk.

Birgə ol, bu dərdlə yalqız qalma, bu ortaq dərdımız ayrı-ayrılıqda həll olunmayacaq",- deyə, bəyanatda bildirilib.

Qeyd edək ki, adı çəkilən şirkətin 8 min işçisi var və İranda bu sahədə öncül şirkətlərdən biri sayılır.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar