SON XƏBƏRLƏR

İsrail və Amerika "İrana hücum" təlimi keçirir

2022.11.29, 13:25
İsrail və Amerika "İrana hücum" təlimi keçirir

Gunaz.tv

İsraildə nəşr olunan "Jerusalem Post" qəzeti İranın nüvə obyektlərinə hücum ssenarilərini simulyasiya edərək, noyabrın 29-da Amerika və İsrail arasında birgə hərbi təlimlərin keçirildiyini açıqlayıb.

Xəbərə görə, İsrail Hərbi Hava Qüvvələrinin son illərdəki ən böyük təlimlərindən biri olan bu təlim, İsrail pilotlarının İrana çatması üçün lazım ola biləcək uzaq məsafəli uçuşları ehtiva edir.

“Jerusalem Post” həmçinin yazıb ki, bu, son illərdə İsrail və Amerika arasında keçirilən ən böyük birgə hava təlimlərindən biridir və noyabrın 1-dən dekabrın 3-ü axşamına kimi Aralıq dənizi və İsrail üzərində keçirilməsi planlaşdırılıb.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar