Məhkumlardan üçü altı gün əvvəl edam edilsə də, bu barədə xəbər yenicə yayılıb.
İrandakı hüquq müdafiəçilərinin yaydığı məlumata əsasən, natotik maddələrin satışı və qaçaqmalçılığında təqsirli bilinən 3 məhkum, 41 yaşlı Hamid Cəfərzadə, 39 yaşlı Süheyl Höccətfər və soyadı açıqlanmayan Yunus adlı məhkumlar oktyabrın 13-ü sübh saatlarında Zəncan şəhərinin zindanında dara çəkilib.
Yayılan məlumata görə, oktyabrın 18-də isə narkotik maddələrin qaçaqmalçılığında və qətldə günahlandırılan Zəkəriyya Bəluc və Səid Sadiqi adlı daha 2 məhkum Zahidan və Səravan həbsxanalarında, eləcə də kimliyi və ittihamı açıqlanmayan 1 məhkum da Amol şəhərinin zindanında dara ağacından asılıb.
Qeyd edək ki, İran İslam Respublikası əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.
A.M