SON XƏBƏRLƏR

İranın Zəncan və Qəzvin şəhərlərində daha 3 məhkum edam edilib

2022.01.12, 13:24
İranın Zəncan və Qəzvin şəhərlərində daha 3 məhkum edam edilib

Gunaz.tv

İrandakı hüquq müdafiəçilərinin yaydığı məlumata görə, narkotik maddələrin qaçaqmalçılığı ittihamı ilə ölüm cəzasına məhkum edilən doğma qardaşlar 35 yaşlı Fərhəng Əliəllahi və 32 yaşlı Yasər Əliəllahi yanvarın 11-i səhər saatlarında İranın Zəncan şəhərinin mərkəzi zindanında dara çəkilib.

Hər iki məhkum 5 il həbsdə saxlandıqdan sonra edam edilib.

Yanvarın 9-da isə qətldə təqsirləndirilərək ölüm hökmü almış daha bir nəfər, məhkum Məhəmməd Rəsul Paqədəm Qəzvin şəhərinin həbsxnasında dar ağacından asılıb.

Edam edilənlərin mhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb. 

Qeyd edək ki, İran İslam Respublikası ölkə əhalisinin sayına nisbətən həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar