SON XƏBƏRLƏR

İranın neft tankerlərinə hava hücumu olub-Ölənlər var

2022.11.09, 04:40
İranın neft tankerlərinə hava hücumu olub-Ölənlər var

Gunaz.tv

İran və İraq mediası hava hücumunun İraq-Suriya sərhəddindəki Əlqaim məntəqəsində həyata keçirildiyini, İrana bağlı yarım hərbi qruplaşma üzvlərinin 25 nəfərinin öldüyünü, 21 nəfərinin isə yaralandığını yazıblar.

İran mediası bunu dron hücumu adlandırsa da, İraq və başqa bir neçə xarici media hava hücumunun Amerikanın qırıcıları vasitəsilə həyata keçirildiyini qeyd ediblər.

Bununla yanaşı İran və İraqın bir neçə media orqanı hava hücumunun İsrail tərəfindən edildiyini bildiriblər.

Digər tərəfdən "Deyrul Zəvr 24" kanalı naməlum döyüş təyyarələrinin Suriyanın şərqindəki Əbu Kamal şəhərində İranın dəstəklədiyi qruplaşmalara aid əraziyə hücum etdiyini bildirib.

Son aylarda Livan mediası İrandan Livana pulsuz yanacağın göndərilməsi məsələsi və Hizbullahın baş katibi Həsən Nəsrullahın Tehranın buna hazır olduğunu vurğulaması barədə bir neçə dəfə xəbər dərc etmişdi.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar