SON XƏBƏRLƏR

İranın İnqilab Keşikçiləri Korpusunun bazasında partlayış olub

2022.03.20, 04:09
İranın İnqilab Keşikçiləri Korpusunun bazasında partlayış olub

Gunaz.tv

Rəsmi dövlət qurumları Kürdüstan əyalətinin Kamiyaran şəhərində 4.1 bal gücündə zəlzələ baş verdiyi, titrəyişlərin Kürdüstan və Kirmanşah əyalətlərinin bir sıra bölgələrində hiss olunduğu barədə məlumat yayıblar.  

Yerli qaynaqlar, Kamyaran şəhərinin əhalisi və sosial media fəalları, müxalif qruplar bunun İnqilab Keşikçiləri Korpusunun Kamyaran şəhərinin “Vərməncə” kəndi yaxınlığında yerləşən hərbi bazasında partlayış olduğunu, partlayışın gücünün ətraf bölgələrdə zəlzələ effekti verdiyini bildirirlər.

Onlar partlayışın şiddətindən ətraf bölgələrdə bəzi evlərin xəsarət aldığını, divarların çatladığını və əhalinin evlərindən çıxaraq küçələrdə gecələdiklərini qeyd ediblər.

Partlayış bölgəsinə yaxın olan Rəvansər şəhərinin fərmandarı Sədi Mustafazadə əhaliyə müraciət edərək onları sakitliyə və təhlükəsizlik qaydalarını gözləməyə çağırıb.

Mustafazadə hər hansı dağıntı və insan itkisi barədə məlumat vermədən, yerlərdə araşdırmalar aparıldığını deyib.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar