İran Seysmoloji Mərkəzinin yaydığı xəbərə görə, zəlzələ bu gün yerli vaxtla saat 09:35 radələrində Çoram şəhərinin yaxınlığında yerin 13 kilometr dərinliyində qeydə alınıb.
Güclü zəlzələ əyalətin digər bölgələrində və bəzi qonşu əyalətlərdə də hiss edilib.
Zəlzələ nəticəsində bir sıra kənd evlərinin divarlarında çatlar əmələ gəlsə də hər hansı dağıntılar və itkilər qeydə alınmayıb.
A.M