SON XƏBƏRLƏR

İranın Londondakı səfirliyinə hücum edilib

2022.10.10, 05:23
İranın Londondakı səfirliyinə hücum edilib

Gunaz.tv

Etiraz edənlər səfirliyin binası önündəki lövhəni qoparıb, İran bayrağını aşağı endirərək yerinə “şir və günəş bayrağı” asıblar.

Hadisə iştirakçıları İran hökumətinin ölkə daxilində etirazçılara qarşı şiddətli repressiyalarına cavab olaraq bu hərəkətə əl atdıqlarını bildiriblər.

London polisinin verdiyi məlumata görə, hadisə iştirakçılarından 5 nəfər yerində, biri qadın olmaqla daha 3 nəfər isə sonradan saxlanılıb.

Qeyd edək ki, oxşar hadisə avqustun 4-də Azərbaycan Respublikasının Londondakı səfirliyində də həyata keçirilib.

Səfirliyə hücum edən radikal dini qruplaşmanın üzvləri Azərbaycan bayrağını yerə atıb, onun yerinə "ya Hüseyn" yazılan bayraqlar asıblar.  

İran hökuməti bu hərəkətdə əli olmadığını iddia etsə də, bir sıra media orqanları bu hadisədə İran hökumətinə bağlı qüvvələrin rolu olduğunu yazmışdılar.

Azərbaycan səfirliyinə hücum xəbərini İran hökumətinə bağlı media geniş işıqlandırıb və bundan məmnunluq ifadə etmişdilər.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar