SON XƏBƏRLƏR

İranın onlarla şəhərində və universitetlərdə etiraz nümayişləri keçirilib

2022.10.22, 16:00
İranın onlarla şəhərində və universitetlərdə etiraz nümayişləri keçirilib

Gunaz.tv

Tehran, Təbriz, Məşhəd, Kərəc, Sənəndəc və başqa şəhərlərdə keçirilən etiraz aksiyalarında onlarla insan həbs edilib.

Təbriz şəhərində keçirilən etiraz aksiyasına Əli Xameneyiyə qarşı şüarlarla yanaşı türk dilində "Biz ölməyə hazırıq, Babəkin sərbazıyıq" şüarları səsləndirilib.

Bununla yanaşı başqa bir neçə şəhərin Universitetləri ilə yanaşı Təbriz Universitetinin öyrənciləri də etiraz nümayişi keçirib, repressiyalara qarşı etirazlarını bildiriblər.

Universitetə çox sayda xüsusi təyinatlı və polis qüvvələri göndərilərək öyrəncilərin küçələrə çıxmasının qarşısını almağa çalışılıb.

Bir neçə öyrəncinin, p cümlədən iki gün öncə aksiyalara qatıldıqlarına görə Universitetə girişlərinə qadağa qoyulmuş Əli Pərvin, Süheyla Sepidedəm və Milad Əmiri həbs edilib.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar