SON XƏBƏRLƏR

“Hər üç İran vətəndaşından biri mütləq yoxsulluq içində yaşayır”- Nazirlik hesabat yaydı

2021.10.22, 12:47
“Hər üç İran vətəndaşından biri mütləq yoxsulluq içində yaşayır”- Nazirlik hesabat yaydı

Gunaz.tv

Nazirliyin sosial təminat üzrə müavini tərəfindən hazırlanan "Yoxsulluğun monitorinqi" adlı hesabatda, İranda yoxsulluq həddinin 2020-ci ildə əvvəlki ilə nisbətən 38 faiz artdığı təxmin edilir.


Bununla da hesabatda bildirilir ki, İranda hazırda ən az 26 milyon insan mütləq yoxsulluq içində yaşayır.


Hesabatda vurğulanır ki, son on ildə İranın makroiqtisadiyyatında baş verən dəyişikliklər səbəbindən İran ailələrinin məişətində və onların gündəlik həyat şəraitinin yaxşılaşa biləcəyi barədə proqnoz vermək mümkün deyil. 


Xatırladaq ki, son illər İranda inflyasiya dərəcəsi ilə insanların ehtiyac duyduğu malların qiyməti və aldıqları aylıq əmək haqqı arasındakı uçurum artıb.

 

Qeyd edək ki, apardığı gizli nüvə proqramına görə barəsində sanksiyaların tətbiq edilməsi, ölkə rəsmilərinin iqtisadi və siyasi sahələrdəki səriştəsizliyi, ölkədə korrupsiyanın geniş yayılması, koronavirusun ölkəni bürüməsi və digər bu kimi səbəblər ölkənin valyuta gəlirlərinin azalmasına, iqtisadiyyatın inkişafdan qalmasına və ölkədə işsizliyin baş alıb getməsinə gətirib çıxarıb. 


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar