SON XƏBƏRLƏR

Mehdi Kərrubi məcburi hicaba qarşı çıxdı

2022.07.25, 09:13
Mehdi Kərrubi məcburi hicaba qarşı çıxdı

Gunaz.tv

Hüseyn Kərrubi iyulun 24-də mediaya verdiyi açıqlamada atası Mehdi Kərrubinin ölkədə məcburi hicab qaydalarının tətbiq edilməsi ilə razılaşmadığını deyib.

"Hicab islam dinin tapışırıqlarından biridir. Ancaq bunun güc yolu ilə həyata keçirilməsi yanlışdır. Hər işi zorla tətbiq etmək mümkün deyil"-deyə, Mehdi Kərrubinin oğlu atasına istinadən birldirib.

Parlamentin keçmiş başçısı inqilabdan sonra məcburi hicab tətbiqinin yanlış və ytamamilə siyasi hərəkət olduğunu və bunun mənfi nəticələrə gətirib çıxardığını qeyd edib.

"Bu məcburiyyət çox yersizdir. Rzaxan hicabsızlığı məcburi etmək istədi və əks nəticə gördü, indi də hicabın məcburi edilməsi əks nəticə verir"-deyyə, Hüseyn Kərrubi atasının fikirlərini paylaşıb.

Qeyd edək ki, Mirhüseyn Musəvi, xanımı Zəhra Rəhnəvərd və Mehdi Kərrubi, 2009-cu ildə İranda keçirilmiş prezident seçkilərinin rəsmi nəticələrinə qarşı ölkədə keçirilmiş kütləvi etirazlardan az sonra tutulublar.

Həmin seçkilərdə, Musəvi və Kərrubi prezidentliyə əsas namizədlərdən olublar.

İranın dini lideri Əli Xamneyinin seçki saxtakarlığına etiraz bildirən hər üç şəxs, mühakimə olunmadan və barələrində hər hansı bir həbs qərarı çıxarılmadan, 2011-ci ilin fevral ayından ETTELAAT-ın birbaşa nəzarəti altında ev dustaqlığında saxlanılırlar.

Cavidan 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar