SON XƏBƏRLƏR

İranın Ermənistandakı səfirliyindən "Göy məscid"lə bağlı paylaşım

2022.02.24, 07:40
İranın Ermənistandakı səfirliyindən "Göy məscid"lə bağlı paylaşım

Gunaz.tv

Səfirlik rəsmi sosial media hesabında etdiyi paylaşımda Azərbaycanın tarixi "Göy məscidi"ni İran simvolu adlandırıb.

“Üç on illikdən sonra İrəvanın tarixi "Göy məscidi"nin yenidən ibadət edənlərin və turistlərin üzünə açılıb.

"Göy məscid"də çoxəsrlik fars kitabələr və rəsimlərinin qorunub saxlanılması böyük xoşbəxtlikdir” -deyə, səfirliyin paylaşımında yazılıb.

Qeyd edək ki, İrəvana səfər edən Azərbaycan nümayəndə heyətinin tərkibində olan Tahir Mirkişili "Göy məscidi" ziyarəti zamanı orada başqa ölkənin dilində olan kitabələrin olduğunu bildirib.

“Məscidi ziyarət etdik. Bildiyimizə görə, bu, İrəvanda sağ qalmış yeganə Azərbaycan əsərdir. Divarlarda başqa ölkənin dilində yazılar olsa da, divarlar, onun memarlığı, ruhu yalnız bizə məxsusdur.

Biz məscidlə bu birgəyaşayış hissini hiss etdik və inanıram ki, bu məscidin əsl sahibləri nəhayət, orada öz namazlarını qıla biləcəklər”-deyə, Tahir Mirkişili özünün sosial media hesabında yazıb.

Azərbaycan nümayəndəsi İranın məscidi təmir etdiyi zaman orada təhriflərə və məqsədli dəyişikliklərə əl atdığını, divarlarda fars dilində yazıların yazıldığına işarə edib.

C.E 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar