SON XƏBƏRLƏR

İranın Sərpol Zahab şəhərində İraqdan ölkəyə gətirilmiş 53 ədəd silah aşkarlanıb: 2 nəfər həbs edilib

2021.10.20, 07:36
İranın Sərpol Zahab şəhərində İraqdan ölkəyə gətirilmiş 53 ədəd silah aşkarlanıb: 2 nəfər həbs edilib

Gunaz.tv

Sərpol Zahab şəhərinin fərmandarının ictimai- siyasi məsələlər üzrə müavini Sirus Sadiqi bu gün mediaya açıqlamasında deyib ki, hadisə oktabrın 15-i axşam saatlarında Sərpol Zahab şəhərinin “Bişqan” sərhəd məntəqəsində baş verib.


“Sərhəd Alayı qüvvələrinin səyi nəticəsində ölkənin milli təhlükəsizliyini pozmaq məqsədilə gizli yollarla ölkə ərazisinə silah daşıyan qaçaqmalçılardan 53 ədət tapança və Kalaşnikov aşkarlanaraq götürülüb. 


Silah qaçaqmalçılarından 2-si həbs edilib və hazırda məsələ araşdırılır”, -deyə Sərpol Zahab şəhərinin fərmandarının ictimai- siyasi məsələlər üzrə müavini Sirus Sadiqi bildirib.


O, saxlanılan silah qaçaqmalçılarının adlarını mediaya açıqlamayıb. 


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar