SON XƏBƏRLƏR

İran təbliğat mərkəzinin terrorçuluqda suçlandırılan rəsmisi Almaniyadan qovuldu

2022.06.19, 08:41
İran təbliğat mərkəzinin terrorçuluqda suçlandırılan rəsmisi Almaniyadan qovuldu

Gunaz.tv

"Hamburg Morgen Post" qəzetinin yazdığına görə, iyunun 18-də məhkəmə Musəvifərin "radikal şiə təşkilatlarını" dəstəkləməklə bağlı videoları sosial mediada paylaşdığını bildirib, onun ölkədən deport edilməsinə dair hökm çıxarıb və onun ölkəni tərk etməyəcəyi halda daha ağır cəzalarla üzləşəcəyi barədə xəbərdarlıq edib.

Bundan əlavə, məhkəmə İranın dini rəhbərinə yaxın olan bu axundun yenidən Almaniya ərazisinə daxil olmasına qadağa qoyaraq bildirib ki, bu qərarı pozarsa, Musəvifər 3 il həbs cəzası ala bilər. 

Almaniyanın Konstitusiyanın Qorunması Federal Bürosu Hamburq İslam Mərkəzini Avropada "İranın uzun qolu" və İran rəhbərinə bağlı Almaniyada fəaliyyət göstərən "ən böyük və nüfuzlu İslam təbliğat mərkəzi" adlandırıb. 

Almaniyanın Sosial Demokrat Partiyasının üzvü senator Əndi Qrout mediaya verdiyi açıqlamada terror təşkilatları və ya terrorçulara maliyyə dəstəyi verən hər kəsin Almaniyanın milli təhlükəsizliyinə təhlükə olduğunu bildirib.

Yerli təhlükəsizlik rəsmilərinin verdiyi məlumata görə, Süleyman Musəvifər Livanın terror təşkilatı "Hizbullah"la birbaşa əlaqəsi olan və o qruplaşmaya maliyyə dəstəyi toplayan şəxslərdən olub.

Bundan öncə Musəvifər sosial mediada terrorçuları təbliğ edən paylaşımlar edib və 4 il öncə Almaniyada yəhudilərə qarşı keçirilən mitinqin təşkilatçıları, iştirakçılarından biri olub. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar