“İranın təhdidləri Azərbaycanı qorxutmadı” -Amerikalı jurnalist Baydeni tənqid etdi

11.10.2021, 09:43

"Amerikalıların çoxu Azərbaycanı xəritədə tapa bilməyəcək. Lakin dünyanın o hissəsində baş verən vəziyyət ABŞ -ın maraqları və təhlükəsizliyi üçün birbaşa əhəmiyyət kəsb edir. Bu barədə jurnalist Conatan S. Tobin “Azərbaycana təhdidlərə niyə fikir verməliyik” məqaləsində yazır.

Gunaz.tv Quote | Gunaz article

Məqalə müəllifi xatırladır ki, bir neçə həftə əvvəl İran ordusunun böyük hissəsini səfərbər edib və Azərbaycan sərhədləri yaxınlığında təlimlər keçirib. Tobin hesab edir ki, bu, Bayden administrasiyasının Əfqanıstandan qoşunları geri çəkməsinin nəticəsi idi.

“ABŞ-ı zəiflədən hər şey, sona qədər Qərbə qarşı müharibə edəcəyinə söz verənləri gücləndirir. Təəccüblü deyil ki, Əfqanıstan insidentindən sonra İran gücünü nümayiş  etməyə başlayıb. 

Baydenin nüvə anlaşmasına qayıtmaq planları onları ruhlandırıb və iranlılar Azərbaycana bir mesajı göndərmək qərarına gəlib. 

İran sərhəddə qüvvələrini səfərbər edərək təlimlər keçirməklə azərbaycanlılara siqnal verir ki, İsrail və ABŞ -la yaxşı münasibətlər onları İslam Respublikasının hərbi qüdrətindən qorumayacaq”, – deyə məqalə müəllifi yazır.

Tobin qeyd edir ki, İranın təhdidləri Azərbaycanı qətiyyən qorxutmayıb. Bakı əmindir ki, iranlılar blef edirlər: “Bu həftənin əvvəlində Azərbaycan prezidenti İranla sərhəd yaxınlığında yerləşən işğaldan azad edilmiş Cəbrayıl şəhərinə səfər edib. Azərbaycan lideri bu jestlə Azərbaycanın özünü müdafiə edə biləcəyinə inamını göstərdi. 

İlham Əliyevin “Harop” pilotsuz təyyarəsinin yanında dayandığını göstərən fotoşəkillər də var idi”.

Məqalə müəllifi qeyd edir ki, İran duruşuna baxmayaraq, Azərbaycanla düşmənçiliyinin nəzarətdən çıxmasına icazə verə bilməz, çünki “Tehrandakı rejim artıq başqa yerlərdə təhlükəli terror konfliktlərdə batıb”.

Jurnalist yazır ki, ABŞ xarici işlərə görə məsuliyyətini başqalarına həvalə etməyə üstünlük verir.

“Azərbaycanla İran arasındakı sərhəddə vəziyyətin gərginləşməsinin səbəbi ilk növbədə İranı və digər islamçıları ruhlandıran Amerikanın zəifliyi ilə bağlıdır. Obamanın və indi isə Baydenin “uzaqdan idarəetmə” siyasəti amerikalılar və ABŞ liderliyinə arxalananlar üçün ən təhlükəli müdafiə üsuludur”, – məqalədə deyilir. (azpost.info)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İbrahim Rəisi: “Məsul qurumlar valyuta bazarına müdaxilə edən amillərin kimliyini müəyyənləşdirməlidir”

2021-12-08

gun az article

Ceyhun Bayramov və Mövlud Çavuşoğlu bölgədəki vəziyyəti və "3+3" formatını müzakirə ediblər

2021-12-08

gun az article

İranda “Twitter” hesabında hakimiyyəti tənqid edən siyasi fəal həbs edilib

2021-12-08

gun az article

Almaniyada yeni kansler seçilib

2021-12-08

gun az article

Amerika İran gəmilərinin qanunsuz olaraq daşıdığı neft və silahları müsadirə edib - FOTO

2021-12-08

gun az article

“Hərbi Qənimətlər Parkı” erməni xalqına nifrət yaratmaq üçün deyil – XİN

2021-12-08

gun az article

Bayden: “Amerika qüvvələrinin Səudiyyə Ərəbistanında olması İranın düşmənçilik hərəkətlərinin qarşısını almaq üçündür”

2021-12-08

gun az article

"Qələbəmiz Azərbaycan dilinin Cənubi Qafqazda nüfuzunu artırır"-Millət vəkili

2021-12-08

gun az article

Ombudsman: "Beynəlxalq məhkəmənin qərarı regionda sülhün təmin edilməsi baxımından əhəmiyyətlidir"

2021-12-08

gun az article

Nazir müavini: "Azərbaycan gələn il Ermənistana qarşı yeni iddialar qaldıracaq"

2021-12-08

gun az article

Ağ Ev: “Bayden və Putin İran barədə konstruktiv danışıqlar aparıblar”

2021-12-08

gun az article

ABŞ, Rusiya və Fransa Azərbaycanla Ermənistana çağırış etdi

2021-12-08

gun az article

ABŞ İranın xüsusi polis bölmələrinə və SEPAH komandirlərinə sanksiya tətbiq edib

2021-12-08

gun az article

Ermənistanda etnik zəmində zorakı çağırışlarla bağlı Beynəlxalq Ədalət Məhkəməsi qərar verib

2021-12-08

gun az article

İstiqlal mübarizəmizin tarixini yazan görkəmli alim Aydın Balayev vəfat edib

2021-12-08

gun az article

Şuşa Dövlət Qoruğu İdarəsinə mülkiyyət hüquqları ilə bağlı səlahiyyətlər verilib

2021-12-07

gun az article

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı iddialarını təmin etməyib

2021-12-07

gun az article

XİN: Azərbaycan Ermənistanı Beynəlxalq Ədalət Məhkəməsinin qərarını dərhal yerinə yetirməyə çağırır

2021-12-07

gun az article

Ermənistan Zəngəzur dəhlizindən keçəcək yüklərimizi yoxlamayacaq, rüsum ödəməyəcəyik – RƏSMİ

2021-12-07

gun az article

İbrahim Rəisi: “Bəziləri gecə-gündüz dolların məzənnəsini qaldırmağa çalışırlar”

2021-12-07