SON XƏBƏRLƏR

ETTELAAT məmurları Hüşəng kəndinə basqın edib

2022.05.10, 07:05
ETTELAAT məmurları Hüşəng kəndinə basqın edib

Gunaz.tv

Bu barədə bəluç fəalları məlumat yayıb. 

Heç bir məhkəmə hökmü olmadan evlərə girən məmurlar axtarış aparıb və kəndliləri həbs olunacaqları ilə hədələyiblər.

Yerli fəalların bildirdiyinə görə, hücum bir sıra bəluç fəalların Sistan və Bəluçistan bayrağını kənd divarlarına çəkməsi və milli şüarlar yazması ilə əlaqədar olub.

Bununla yanaşı fəallar mayın 9-da əyalətin Minab bölgəsində yanacaq satışı ilə məşğul olan etnik bəluç gəncin İnqilab Keşikçiləri Korpusunun məmurları tərəfindən güllələndiyini bildiriblər.

Bünyamin Babuli adlı gəncin ağır yaralandığı və xəstəxanaya yerləşdirildiyi bildirilir.

Bundan sonra əhalinin məmurların özbaşınalığına etiraz edərək Minab şəhərinin polis idarəsinin qarşısına toplaşdıqları, polis qüvvələrinin açdığı atəş nəticəsində daha iki bəluçun yaralandığı qeyd olunub.

Bəluç fəallar bildirib ki, iki nəfərin güllələnməsindən sonra etirazçılar hiddətlənərək polis bölməsini yandırıblar. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar