SON XƏBƏRLƏR

İranın təhlükəsizlik naziri İsrailə qarşı əməliyyatlar keçirdiklərini iddia edib

2022.07.27, 07:45
İranın təhlükəsizlik naziri İsrailə qarşı əməliyyatlar keçirdiklərini iddia edib

Gunaz.tv

O, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi və İran parlamentinin məsul  nümayəndələri ilə keçirdiyi görüşdə iddia etdiyi əməliyyatlar barədə dəqiq məlumat vermədən İsraildən qısas aldıqlarını deyib.

Qeyd edək ki, son bir neçə ayda SEPAH komandirlərinin bir neçəsinin aradan götürülməsi, İrann strateji hərbi mərkəzlərinə qarşı keçirilən əməliyyatların İsrail xüsusi xidmət orqanlarının işi olduğu bildirilir.

Bunlara cavab olaraq İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi, İran İnqilab Keşikçiləri Korpusu Tehran başda olmaqla bir neçə şəhərdə əməliyyatlar keçirib və onlarla vətəndaşı həbs ediblər.

Öncə "quldur" adlandırılaraq həbs etdilən adi vətəndaşlar sonradan İsrail xüsusi xidmət orqanları ilə əlaqədə ittiham olunublar.

Timur
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar